Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana səfərə gedib. Çavuşoğlu səfər çərçivəsində Səmərqənd şəhərində Türkiyənin Baş Konsulluğunun açılış mərasiminə qatılıb. Tədbirdə Özbəkistan baş nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov və digər rəsmi şəxslər iştirak ediblər.

XİN rəhbəri çıxışında xatırladıb ki, Özbəkistan müstəqillik əldə edərkən, bu ölkəni ilk tanıyan və ilk səfirlik açan məhz Türkiyə olub.

Qeyd edək ki, Çavuşoğlunun Daşkənddə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

 

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Qadınların Cəzaçəkmə Müəssisəsindən inanılmaz etiraflar - Video

SONRAKI XƏBƏR

Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama