Yəmən MN rəsmisi hərbi əməliyyatların davam edəcəyini vurğuladı

Yəmən MN rəsmisi hərbi əməliyyatların davam edəcəyini vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya əs-Səri son hərbi əməliyyatlarla bağlı açıqlama verib.

Yəhya əs-Səri açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanının mühasirə və hücumları dayanmadığı üçün hərbi əməliyyatlar keçirilir.

"Səudiyyə Ərəbistanı rejiminə söz veririk. Onlar mühasirəni və hücumlarını dayandırmadıqca dağıdıcı əməliyyatlarımız da dayanmayacaq", - deyə Yəhya əs-Səri diqqətə çatdırıb.

O, açıqlamasında qeyd edib ki, Yəmən ordusu düşmənə qarşı həmişəkindən daha da qətiyyətlidir.

 

Mənbə: eastnews.org