Ermənistan MTX direktoruna niyə gülüblər? – Qabrielyanov yazır

Ermənistan MTX direktoruna niyə gülüblər? – Qabrielyanov yazır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Arm Abazyan həftənin sonunda Mətbuat Xidməti və İnformasiya İdarəsinin və Texniki Təminat Şöbəsinin rəislərini öz yanına çağırıb və nəyin bahasına olursa-olsun, Qaqik Soğomonyan feykini idarə edəni tapmağı tapşırıb. Ordu.az xəbər verir ki, bunu Rusiyada yaşayan media meceri Aram Qabrielyanov bildirib.

Abazyan deyib ki, bu feyki tapmaq onlar üçün şərəf məsələsidir.

Sözügedən rəsmilər Abazyanın yanından çıxdıqdan sonra bunun onların yox, şəxsən Abazyanın şərəf məsələsi olduğunu, onun da düşünməli olduğunu deyərək gülməyə başlayıblar: işçilərə lazımsız tuziya olmadan bu işlə məşğul olmağı tapşırıblar.

Qabrielyanovun sözlərinə görə, fevralın 15-dən 19-na qədər hüquq müdafiəçisi Rub Melikyan da Ermənistan MTX-nin əməkdaşlarının hazırladığı VPN-dən istifadə etmiş vədəndaşların siyahısındadır.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az