Naxçıvanda deputatların 24 faizi qadınlardır - STATİSTİKA

Naxçıvanda deputatların 24 faizi qadınlardır -  STATİSTİKA

Muxtar respublika əhalisinin 231 min 21 nəfəri, yəni 50 faizi qadındır. Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyətinin ildən-ilə artması muxtar rpublikada həyata keçirilən qadın siyasətinin uğurlu nəticəsidir. Statistik rəqəmlər də bunu təsdiqləyir. Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Koməsidən bildirilib.

Məlumata görə, hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 24 faizini qadınlar təşkil edir.

"Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsil olunmaları da özünü müsbət yöndə göstərməkdədir. Hazırda muxtar rpublika təşkilatı üzvlərinin 24 min 931-i, yəni 44 faizi qadındır ki, onların da 104-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 221-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir.

Naxçıvan qadınları muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Belə ki, muxtar respublikada Ombudsman, nazir, komə sədri və müavinləri, icra başçılarının müavinləri, rektor, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Həmçinin dövlət qulluğunda işləyənlərin 23, təhsil sahəsində işləyənlərin 70, mədəniyyət sahəsində işləyənlərin 64, səhiyyə və sosial təminat sahəsində işləyənlərin isə 82 faizi qadındır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 112 qadın rəhbər vəzifələrdə çalışır. Muxtar respublikada qadınlarımızın idmana cəlb edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, muxtar respublikada 9 mindən artıq qadın idmanla məşğul olur ki, bu da idmanla məşğul olanların 26 faizi deməkdir".

Mənbə: azvision.az