Erməni ictimai xadim: “Hakimiyyət dərhal təyyarə ilə bağlı dolaşıqlığı həll etməli və İranla dostluq münasibətləri saxlamalıdır”

Erməni ictimai xadim: “Hakimiyyət dərhal təyyarə ilə bağlı dolaşıqlığı həll etməli və İranla dostluq münasibətləri saxlamalıdır”

“Artıq uzun illərdir İran İslam Rpublikasının aviasiya sənayi ABŞ və Qərb tərəfindən ən ciddi sanksiyalara məruz qalıb və bəzi hallarda İran aviaşirkətlərinə aviaşirkətlərin bukletlərinə və təlim məlumatına giriş etmək qadağan edilib”. Ordu.az xəbər verir ki, bunu İranda yaşayan erməni ictimai xadim Sahak Şahmuradyan deyib.

Şahmuradyan Ermənistan və İran arasındakı məlum təyyarə məsələsinə toxunaraq bildirib ki, bu problem dolayı yolla İran-Ermənistan-ABŞ münasibətlərinə aid olduğu qədər İran-Ermənistan münasibətlərinə aid deyil.

“Hakimiyyət dərhal təyyarə ilə bağlı dolaşıqlığı həll etməli və İranla dostluq münasibətləri saxlamalıdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az