Cənubi Koreya və ABŞ bu həftə birgə hərbi təlimlər keçirəcək

Cənubi Koreya və ABŞ bu həftə birgə hərbi təlimlər keçirəcək

Cənubi Koreya və Amerika Birləşmiş Ştatları bu həftə bahar hərbi təlimlərini keçirəcək. Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri məlumat yayıb.

Bildirilir ki, birgə təlimlər koronavirus pandemiyası səbəbindən həmişəkindən daha kiçik olacaq.

Təlimlərin 9 gün davam edəcəyi qeyd olunub. Cənubi Koreya və Amerika Birləşmiş Ştatları təlimin müdafiə xarakterli olduğunu bildirib.

“Yonhap” xəbər agtliyi bildirir ki, təlimlər il boyu həyata keçirilən açıq manevrləri əhatə etməyəcək və pandemiya səbəbindən qoşun və texnika sayı minimuma əcək.

Təlimlər Şimali Koreya tərəfindən yaxından izlənilir. Pxyan təlimləri “müharibə üçün məşq” adlandırır.
 

 

Mənbə: ordu.az