Seneqaldakı iğtişaşların xarici müdaxilə ilə reallaşdığı iddia edildi

Seneqaldakı iğtişaşların xarici müdaxilə ilə reallaşdığı iddia edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Seneqalda baş verən aksiyalar sonradan qarşıdurmalara səbəb olub.

Bu barədə ölkənin Xarici İşlər naziri Aissata Tall Sall açıqlama verib.

O, açıqlamasında bildirib ki, baş verən aksiyalar xarici qüvvələr tərəfindən planlaşdırılıb və Seneqaldakı təxribatçılar tərəfindən həyata keçirilir.

Nazir nümayişçilərə iğtişaş törətməməyə və hökumətin problemləri həll etmək əzmində olduğu çağırışını edib.

 

Mənbə: eastnews.org