“Lragir”: Qarabağda rus qoşununun varlığı da hər hansı hüquqi əsasa sahib olmayaraq havada asılıb

Prezident İlham Əliyevin “Ermənilər Zəngəzur dəhlizinin açılmasına mane olurlar, lakin biz onları məcbur edəcəyik” bəyanatı və bu müddəanın üçtərəfli bəyanata daxil edilməsi Ermənistanda müxtəlif xarakterli reaksiyalara səbəb olub. Onların fikrincə, eyni zamanda üçtərəfli bəyanatın iki nüsxədən və fərqli günlərdə imzalanıb-imzalanmadığı halına yenidən toxunmaq lazımdır. “Lragir” nəşri yazır ki, erməni tərəfi imzalanma gününü noyabrın 9-u, Bakı isə noyabrın 10-u hesab edir.

“Sənədin erməni tərəfi “nümunəsində” dəhliz haqqında söz yoxdur və istənilən kommunikasiyanın Ermənistanın yurisdiksiyası altında olacağı qeyd olunur.

Sənədi Bakı və Moskva video-əlaqə ilə imzalayıb. Əslində, bu, Ermənistana məcbur edilmiş üçtərəfli formatda rus-türk sənədidir və əslini məhz bu formatda imzalanan hesab etmək olar.

Moskva, Bakı və Ankaranın bu tələskənliyi anlaşılandı. Putinin sözçüsünün dediyi kimi, “Ermənistanın siyasi prosesinin iştirakçıları” bu rus-türk proqramlarına tamamilə cəlb olunublar, beləliklə hansısa müqaviməti istisna ediblər”, - deyə nəşr yazıb.

Məqalənin müəllifi bildirir ki, Qarabağda rus qoşununun varlığı da hər hansı hüquqi əsasa sahib olmayaraq havada asılıb.

“Əslində, bu qoşunun varlığı türklərə zəmanətdir və bununla, erməni tərəfinin hər hansı təşəbbüsünü cilovlamaq məsələsində bəlkə də ermənilərə “qurtuluş” tezisi məcbur edilir.

Bunları görməzdən gəlmək mümkün deyil, bu səbəblə də Rusiya artıq etiraf edib ki, müharibəni o başladıb və üçtərəfli bəyanatın müəllifi odur. Qarşıda rus qoşununun yerləşməsi halı və başqa hallar da daxil olmaqla hələ bir çox etiraflar gözlənilir. Ermənistanda vəziyyəti 1994-cü il sərhədlərinə qaytarmaq və Qarabağın birləşdirilməsi gündəmini təklif etməyə kim hazırdır? Mümkünsüz görünür?

Mümkünsüz heç nə yoxdur, sadəcə “ayağı yorğan ölçüsündə uzatmaq” və “rus xilaskarlığı” şablonlarından çıxmaq lazımdır, bunlar siyasi üfüqü məhdudlaşdırır. Bu, hər şeyi yerinə qoyacaq. Moskva, Ankara və Bakı bütün bunlara görə hədsiz dərəcədə baha ödəniş edəcək”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Ekvatorial Qvineyadakı partlayışlarda ölənlərin sayı artıb

SONRAKI XƏBƏR

Seneqaldakı iğtişaşların xarici müdaxilə ilə reallaşdığı iddia edildi