“Erməni qadınlarının övladlarını öldürdün, bu gün isə onları təbrik edirsən. Heç utanırsan?”

“Nəsillər üçün həqiqət” vətəndaş təşəbbüsünün qurucusu, Qeqam Nazaryan Nikol Paşinyanın 8 Martla bağlı qadınlara təbrikini sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, o Ermənistan baş nazirini satqınlıqda ittiham edib:

“Qəhrəman uşaqların analarına və bacılarına guya hörmət və ehtiram edirsən? Sən, həqiqətən, ruhunu şərə satdın. Erməni qadınlarının oğullarını, qardaşlarını, həyat yoldaşlarını öldürdün və indi onları təbrik edirsən. Heç utanırsanmı?

Öz addımınla və ya cahilliyinlə evlərimizə müharibə gətirdin. Sən oğullarımızı öldürdün. Şuşi, Hadrut, Avetaranots və Karvaçarı təslim etdin. Ailələrimizdən uzaq dur. Yaxınlaşmağa cürət emə. Bizim haqqımızda danışma, arvadlarımızın, analarımızın, qızlarımızın adlarını dilinə gətirmə. Ölən uşaqların valideynləri sizdən bir şey gözləyirlər, o da istefa verməyindir.

Sonsuza qədər sus. Çox iyrəncən! Hələ də ölən uşaqların anaları, arvadları və bacıları ilə danışmağa cəsarət edirsən. Başa düşmürsən ki, gülümsəmək, bu həyatdan zövq almaq kimi Tanrının digər nemətlərini də bizdən oğurlamısan!”.

Rəsmiyyə Şərifova,

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur Azərbaycan yazıçısının 1907-ci ildə ailəsi ilə şəkli – FOTO

SONRAKI XƏBƏR

İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib