Səudiyyə Ərəbistanı kralı Qətər əmirinə məktub ünvanladı

Səudiyyə Ərəbistanı kralı Qətər əmirinə məktub ünvanladı

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Qətər əmiri Şeyx Təmim ibn Həməd əl-Saniyə məktub ünvanlayıb.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, kral Salman ibn Əbdüləziz ikitərəfli əlaqələri inkişaf etdirmək üçün ciddi səylər edəcəyini bildirib.

Məktubun Əmirlik Divanında Şeyx Təmim ibn Həməd əs-Saniyə çatdırıldığı qeyd edilir.

Mənbə: eastnews.org