Serbiyada dövlət çevrilişinə cəhd olub?

Serbiyada dövlət çevrilişinə cəhd olub?

“Serbiya prezidenti Aleksandr Vuçiçin qanunsuz dinləmələri dövlət çevrilişinə cəhddir”.

SİA rus mətbuatına istinad edərək, bu sözlərin serbiyalı baş nazir Ana Brnabiç tərəfindən deyildiyini bildirir. Onun sözlərinə görə, istintaq yaxınlaşan çevrilişin bütün təfərrüatlarını açıqlamalı və bu işlə əlaqəsi olanlar məsuliyyətə cəlb edilməlidirlər.

Təmsil etdiyi hakim Serbiya Proqressiv Partiyasını ölkənin əsas birliyi kimi, təqdim edən Brnabiç baş verənləri xarici xidmət orqanlarının müdaxiləsi kimi dəyərləndirib.

Bu arada hakim partiyanın sədr müavini “Novi Sad” bələdiyyə başçısı Milos Vuçeviç baş nazirdən fərqli olaraq, sui-qəsdçilər arasında hazırda hakim partyada təmsil olunan nazirlər, direktorlar və digər partiya məmurlarının da olduğunu istisna etməyib.

Lakin maraqlıdır ki, o, şübhələndiyi şəxslərin adlarını acıqlamayıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Serbiyanın Daxili İşlər naziri prezident Aleksandr Vulinin 1500 dəfədən çox dinlənildiyi bildirmışdi.

Ağasəf Babayev

Mənbə: sia.az