Roma papasının İraqa səfəri başa çatıb

Roma papasının İraqa səfəri başa çatıb

Roma papası Fransisk İraqa tarixdə ilk apostol səfərini bazar ertəsi günü başa vurub.

XeberOxu.Az-ın məlumatına görə, Bağdad beynəlxalq aeroportunda pontifiki ölkənin ali rəhbərliyinin nümayəndələri və qvardiyaçıların qarovulu yola salıb.

Poma papası İraqda olduğu dörd gün ərzində 1,4 min kilometr yol qət edib. O, martın 5-də Bağdada gəlib, sonrakı günlərdə Mosul və Ərbilə gedib, Nəcəf şəhərində İraq şiələrinin lideri ayətullah Əli əl-Sistani ilə görüşüb.

Papa Fransisk hələ 2019-cu ildə İraqa getmək arzusunu dilə gətirmişdi, lakin pandemiya bu planın həyata keçməsinə mane olmuşdu.

Mənbə: www.xeberoxu.az