“Ermənistan hökumətini düşmən, sərhədləri isə Rusiya qoruyur - Qəribədir, deyilmi?"

“Ermənistan hökumətini düşmən, sərhədləri isə Rusiya qoruyur - Qəribədir, deyilmi?"

“Düşünürəm ki, Onik Qasparyan çevrilişə doğru hər hansı bir addım atsaydı, Tavuşda müharibə ilə üzləşəcəkdik”.

KONKRET.az xəbər verir ki, bu sözləri prodüser Armen Qriqoryan “Ayna” mətbuat klubunda jurnalistlərin qarşısında etdiyi çıxında deyib.

 

Qriqoryan bununla izah edib ki, indiyə qədər hərbçilər müharibədə əsaslı heç bir tədbir görməyiblər. 3-cü Ordu Korpusu müharibə dövründə hazır vəziyyətə gətirilsə də aktiv hərbi əməliyyatlara qatılmayıb. Bununla bağlı bir çox suallar hələ də cavabını tapmayıb.

Onun sözlərinə görə, “Qəribə bir mənzərə ilə qarşı-qarşıyayıq. Ermənistan hökuməti düşmən tərəfindən qorunur. Sərhədlər isə Rusiya tərəfindən. Heç kimə sirr deyil ki, İlham Əliyev Paşinyanı hər cür şəkildə hakimiyyətdə saxlamaq istəyir… Bu gün ziyalılar və məmurlar müxalifətə keçib və hökumətyönümlü məmurlar isə əlbəttə təmiz Sorosçudurlar. Onik Gasparyan Nikol Paşinyanla hər hansı razılaşmaya getsə, bu halda hər ikisi lənətlənəcək və heç vaxt bağışlanmayacaq.

Ümumiyyətlə, Onik Qasparyan da, generallar və Armen Sarkisyan da qəhrəman deyil, bu məğlubiyyətdə onlar da günahkardırlar… 88 millət vəkili, nazir müavinləri, nazirlər, Arsen Torosyan, Ayk Marutyan, Arayik Arutyunyan, zirzəmiyə girdiniz, bir söz deməyə cəsarət etmirsiniz, düşünürsünüz unutduğumuzu. Bu gün demək istədiyinizi, amma qorxub demədiklərinizi mən söylədim”.

Mənbə: konkret.az