ABŞ F-35-lərdən imtina etməli və... - Konqresdən çağırış

ABŞ-da 5-ci nəsil F-35 qırıcılarının istehsalının yüksək maliyyə ilə başa gəlməsi fonunda texniki problemlərin olması ciddi tənqid edilir.

Teleqraf.com xəbər verir ki, Konqresin Nümayəndələr Məclisinin Silah xidmətləri komitəsinin sədri Adam Smit F-35-lər haqqında “pul xərcləməyi dayandırın” çağırışını edib.

Smit Vaşinqtonda Brookings İnstitutunda keçirilən seminarında çıxış edərkən F-35 proqramını “uğursuzluq” kimi qiymətləndirib. Eyni zamanda 5-ci nəsil hərbi təyyarələrin yaxşı işləmədiyini və bahalı olduğunu deyib. Bu qədər aşağı potensial qırıcılar üçün belə yüksək məbləğdə pul xərclənməməsinin lazım olduğuna diqqət çəkib.

Həmçinin Pentaqona F-35-lərin əvəzinə başqa hərbi qırıcıların istehsalı üçün yatırım etməyi tövsiyə edib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda qadınların problemləri – işsizlik və siyasətçi qadının taleyi

SONRAKI XƏBƏR

İran XİN Roma Papasının İraqda şiələrin lideri ilə görüşü barədə "...ÇOX VACİB İDİ"