İran XİN Roma Papasının İraqda şiələrin lideri ilə görüşü barədə "...ÇOX VACİB İDİ"

İran XİN Roma Papasının İraqda şiələrin lideri ilə görüşü barədə "...ÇOX VACİB İDİ"

Roma Papası Fransiskin və İraq şiələrinin dini lideri ayətullah əli əs-Sistaninin görüşü dinlərin dialoqundan və bir-birinə yaxınlaşmasından xəbər verir.

Virtualaz.org bildirir ki, bunu bazar ertəsi İran XİN-in rəsmi nümayəndəsi Səid Xatibzadə mətbuat konfransında deyib.

"İraqın mənəvi lideri ilə görüş dinlər arasında dialoqu və onların yaxınlaşmasını göstərdi", - deyən iranlı diplomat sonra əlavə edib ki, "Papanın İraqa səfəri çox vacib idi".

Onun sözlərinə görə, "xalqın cəsarəti, hakimiyyətin müdrikliyi və ekstremizmə, xarici fitnələrə qarşı mübarizədə tökülən qanlar sayəsində bu gün İraq elə bir təhlükəsizlik səviyyəsinə çatıb ki, bu cür konstruktiv səfərlər etmək mümkün olub".

Qeyd edək ki, Fransisk Roma-Katolik Kilsəsinin İraqa səfər edən ilk rəhbəri olub. Martın 6-da o, İraqda şiələrin dini lideri ilə görüşüb və onunla danışıqlar aparıb. Tərəflər, müasir dünyada təcavüz və ayrı-seçkilik, bunların aradan qaldırılması üçün dinlərin dialoqunun əhəmiyyətini müzakirə ediblər.

Mənbə: virtualaz.org