Azərbaycanda qadınların problemləri – işsizlik və siyasətçi qadının taleyi

Azərbaycanda qadınların problemləri – işsizlik və siyasətçi qadının taleyi

Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilir.

Bu gün həm də dövlət səviyyəsində qeyd edilir və ölkədə iş günü deyil.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib. Ötən il doğulmuş 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,0, orta ixtisas təhsil müəssisələrində 77,9, ali təhsil müəssisələrində 54,8 faizini, həkimlərin isə üçdə ikisini qadınlar təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,0, orta ixtisas təhsil müəssisələrində 77,9, ali təhsil müəssisələrində 54,8 faizini, həkimlərin isə üçdə ikisini qadınlar təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatından sitat

Ümumi təhsil müəssisələrində təhsil alanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

Məlumata görə, elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə qadın elmlər doktorlarının sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,0 faiz, sahibkarlar arasında isə 21,3 faizdir.

Milli Məclisdə deputatların 18,7 faizini qadınlar təşkil edir.

Bununla yanaşı ölkədə qadınlarla bağlı siyasi, iqtisadi, sosial problemlər də qalmaqdadır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan qadınının başlıca problemi iqtisadi məsələlərlə bağlıdır.

Qadınlar xırda məvaciblə ailələrini dolandırmalı olur. Çoxsaylı qadınlar müvafiq təhsil almasına, peşələrə yiyələnməsinə baxmayaraq iş yerləri tapa bilmir. Novella Cəfəroğlu, Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri

“Qadınlar iqtisadi problemlərdən əziyyət çəkir. Onlar xırda məvaciblə ailələrini dolandırmalı olur. Çoxsaylı qadınlar müvafiq təhsil almasına, peşələrə yiyələnməsinə baxmayaraq iş yerləri tapa bilmir. Ölkə üzrə qadınlar qərar qəbul edən otqanlarda az təmsil olunur. Qadın nazir, icra başçısı yoxdur. Baxın, yalnız bir neçə media orqanına qadın rəhbərlik edir. Bizim kifayət qədər yüksək təhsilli qadınlarımız var, amma hökumətin yuxarı eşelonlarında onlar az təmsil olunur.”

Hüquq müdafiəçisi hesab edir ki, ölkə əhalisnin 50 faizindən çoxunu qadınlar təşkil edirsə, yüksək idarətetmə orqanlarında ən azı 30 faiz qadınlat təmsil olunmalıdır.

“Qadınlar dövləti də ailəsi kimi sevə-sevə, rüşvətsiz idarə edəcək,” Cəfəroğlu qeyd edib.

Vəfa Nağı polis tərəfindən saxlanılır

Vəfa Nağı Salyan rayonun Xol-Qaraqaşlı kənd bələdiyyəsinin üzvüdür. Onun fikrincə, regionlarda qadınların daha çox problemləri var.

“Kənd yerlərində yaşayan qadınların əsas problemi yoxsulluq və işsizlikdir. Bir də kənd yerlərində şəhərlərə nisbətən məişət zorakılığı daha çoxdur.”

Onun fikrincə, mühafizəkarlıq və patriarxallığın güclü olduğu sistemlərdə sosial və siyasi fəaliyyətlə məşğul olmaq çox çətindir.

“Hər zaman sənin üçün çətin olur. Məsələn, cinsini hədəfə ala bilərlər və yaxud hər hansı şəkildə qorxuda bilərlər. Çünki qadınsan. Məndə də bu çətindir. Bələdiyyə üzvlüyünə namizədliyimi verdiyim və seçildiyim gündən bu problemlərlə üzləşirəm. Fikrimcə, namizədliyini irəli sürən hər hansı kişi bu kimi çətinliklərlə üzləşmir. Cəmiyyətdə qadınlara qarşı ayrıseçkilik var. Bu, həm də hiss olunacaq dərcədə çoxdur.”

Yoxsulluğun aradan qaldırlmasında gender məsələsi nəzərə alınmalıdır. Qadınlar daha çox səhiyyə və təhsil sahəsinə sıxışdırılıb. Onlar regionlarda yüksək vəzifələr tuta bilmir. Vəfa Nağı, bələdiyyə üzvü

Bələdiyyə üzvünün fikirncə, regionlarda qadınlar əsasən müəllim, həkim və təmizlik yaradan sahələrdə çalışır.

“Doğrudur rayonlarda başqa iş yerlərinin sayı da azdır. Az sayda qadın isə xırda sahibkarlıqla məşğul olur. Onlara isə dövlət dəstəyi yoxdur. Çox çətindir. Bu qadınların mikrokreditlərə əl çatımlılığı da çox aşağıdır. ”

Vəfa Nağı hesab edir ki, problemin həlli üçün xırda sahibkalığın inkişafı üçün dövlət proqramı lazımdır.

“Yoxsulluğun aradan qaldırlmasında gender məsələsi nəzərə alınmalıdır. Qadınlar daha çox səhiyyə və təhsil sahəsinə sıxışdırılıb. Onlar regionlarda yüksək vəzifələr tuta bilmir. Bu sahədə qadınlarla kişilər arasında böyük fərq var. Qadınlar daha çox az maaşlı işlərə sıxışdırılır. İşləyən kişilərdə orta aylıq əmək haqqı 700 manatdırsa, qadınlarda bu rəqəm 400 manat təşkil edir. Problemin aradan qaldırılması üçün dövlət proqramları qəbul ediləndə gender məsələləri nəzərə alınmalıdır. Kiçik kreditlər verilməlidir. Kəndlərdə qadınların kiçik sahibkarlıqla məşğul olması üçün çox yaxşı imkanlar var, ancaq maliyyə yoxdur. Əgər qadınlar, yoxsulluğun aradan qaldırılması proqramlarına cəlb olunsa, mikrokreditlərə əl çatımlılılğı olsa onlar yüksək səviyyədə qərarların qəbul edilməsinə də təsir imkanları əldə edə bilər. Amma bunlar hazırda yoxdur,” o, Amerikanın Səsinə müsahibəsində bildirib.

Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli Azərbaycan parlamentinin keçmiş üzvü olub. Hazırda müxalifətdə olan Milli Şuranın Koordinasiya Mərkəzinin üvzüdür. O, Amerikanın Səsinə müsahibəsində siyasətlə məşğul olan qadınların problemlərindən danışıb. Hacıbəyli müxalifətdə təmsil olunduğu zaman çoxsaylı tənqidlərə, məhkəmə çəkişmələrinə cəlb olunub.

Onun fikrincə, Azərbaycanda siyasətlə məşğul olan qadın ikili təzyiq altında yaşayır.

“Birincisi, Azərbaycanda qadın olub siyasi karyera qurmağın çox ciddi problemləri var. Bu qadınlıqdan dolayı yaranan problemlərdir. Çünki Azərbaycan qadınları öz istəklərinə uyğun perspektiv qurmaqda həmişə çətinlik çəkib. Əgər hakimiyyətə nəzər salsaq, görərik ki, burada öz savadı ilə, zəhməti ilə karyerə pilləsinin yüksək mərhələsinə çatan qadınlar demək olar ki, yox dərəcəsindədir. Söhbət siyasi həyatdan gedirsə, bu, daha çətindir.”

Hacıbəyli hesab edir ki, Azərbaycanda ümumiyyətlə siyasitlə məşğul olmaq çətindir.

Şəxsi həyatıma, karyera həyatıma, siyasi fəaliyyətimə elə bir təzyiq növü yoxdur ki, müxalifətçi həyatım dövründə onunla üzləşməyim. 2013-cü ildə Prezident Administrasiyasından edlən təzyiq nəticəsində çalışdığım Qafqaz Universitetindən ayrılmaq məcburiyyətində qaldım. 9 yaşında olan oğluma təzyiqlər olub. Gültəkin Hacıbəyli, müxalif siyasətçi

“Azərbaycan dünyada azadlıq indeksində aşağı yerdədir. Türkmənistanla, Suriya ilə, Somali ilə, Sudanla, Şimali Koreya ilə təxminin eyni mövqelərdədir. Xüsusilə siyasi haqlar sahəsində vəziyyəti çox çətindir. Qadınlar üçün mülki hüquqlqar sahəsində bir az sərbəstlik varsa, yəni qadınlar sərbəst şəkildə nigaha daxil olur, nigahdan çıxır. Digər məsələlər normal təmin olunursa, siyasi hüquqlara gəlincə, burada nəinki qadınlar üçün, bütövlükdə ciddi problemlər var. Azad ölkə olmayan Azərbaycanda, faktiki diktaturanın qurulduğu ölkədə siyasətçi olmaq hədsiz dərəcədə ağırdır. Üstəlik kifayət qədər konservativ cəmiyyətə, kifayət qədər patriarxal cəmiyyətə malik olan bir ölkədə qadın siyasətçi olmaq ikiqat ağırdır.”

O deyib ki, müxalifətçi siyasətçi qadın olaraq hər zaman üzərindıə ağırlıq hiss edir.

“Şəxsi həyatıma, karyera həyatıma, siyasi fəaliyyətimə elə bir təzyiq növü yoxdur ki, müxalifətçi həyatım dövründə onunla üzləşməyim. 2013-cü ildə Prezident Administrasiyasından edlən təzyiq nəticəsində çalışdığım Qafqaz Universitetindən ayrılmaq məcburiyyətində qaldım. 9 yaşında olan oğluma təzyiqlər olub. Oğlumu əlimdən almağa cəhdlər olub və bu proses ona çox ciddi təsirlər göstərib. 2013-cü ildə saxta və siyasi sifarişli məhkəmə qərarı ilə mənzilim və avtomobilim əlimdən alınıb, bu günlərdə hərraca çıxarılır. Övladımın indi 16 yaşı var, Avropada universitet qazanıb. İndi təhsil almaq üçün ölkədən çıxmalıdır. Ancaq Azərbaycan hakimiyyəti onun ölkədən çıxışına yasaq yaradıb. Azərbaycan hakimiyyəti mənə qarşı çox çirkli kampaniyalar aparır. Bu kampaniyalarda mənim qadın kimliyim üstün olaraq götürülür. Mənim şəxsiyyətimi aşağılamaq, məni qaralamaq üçün məhz qadın kimliyimə əsaslanaraq çirkli kampaniyalar aparılıb. Telefon nömrələrim, fotolarım saytlarda yerləşdirilib. Mətbuatda davamlı şəkildə mənə qarşı kampaniyalar aparılıb. Kampaniyalarda qadın kimliyimə istinad edilir,” Hacıbəyli Amerikanın Səsinə müsahibısində qeyd edib.

Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.

“Ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmuş qadınların bundan sonra da dövlətin inkişafında və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasında öz bilik və bacarıqlarının əsirgəməyəcəklərində əminik,” o qeyd edib.

Mənbə: www.amerikaninsesi.org