Kalından ABŞ-a "S-400" MESAJI: "Həyati əhəmiyyətə malikdir..."

Kalından ABŞ-a "S-400" MESAJI: "Həyati əhəmiyyətə malikdir..."

"Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket sistemləri NATO müdafiə sisteminə inteqrasiya oluna bilməz".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın "Bloomberg"ə müsahibəsində deyib.

Kalın bildirib ki, Türkiyə və ABŞ-ı bölən üç əsas mövzu ABŞ-ın PYD/YPG-yə verdiyi dəstək, "S-400" sistemləri ve CAATS (ABŞ-ın düşmənləri ilə yaptırımlar vasitəsilə mübarizə qanunu) sanksiyaları və FETÖ (Fetullahçı Terror Təşkilatı) başçısının ABŞ-da qalmasına icazə verilməsidir:

"Təəssüf ki, bu günə qədər bu mövzuda heç bir irəliləyiş olmayıb və addım atılmayıb. Bu problemlər Türkiyənin milli təhlükəsizlik narahatlıqlarının mərkəzini təşkil edir.

Bu məsələlərin çox şəffaf və səmimi danışaraq konstruktiv bir dialoq yolu ilə həll edilə biləcəyinə inanırıq. ABŞ siyasətçilərinin başa düşmələri lazım olan şey bu mövzuların bizim üçün nə qədər həyati əhəmiyyətə malik olmasıdır".

"S-400" sistemlərilə bağlı qərarını Türkiyənin bir gecədə almadığına diqqət çəkən Kalın ""S-400"-lərimiz NATO-nun müdafiə sisteminə inteqrasiya olunmayacaq və beləliklə NATO-nun müdafiə sisteminə təhlükə yaradacaq vəziyyətdə də olmayacaq" ifadələrdən istifadə edib.

Kalın ikinci "S-400" paketi ilə bağlı suala bu cavabı verib:

“İlk razılaşma ilə bağlı proses davam edir və hamısı eyni prosesin bir hissəsidir. Eyni razılaşmanın müxtəlif mərhələlərdə həyata keçirilməsi prosesi davam edir".

Türkiyənin "Patriot" sistemlərilə yanaşı Fransa-İtaliya tərəfdaşlığı ilə istehsal edilən SAMP/T raketləri almaq istədiyini ifadə edən Kalın “Lakin Fransa Suriyanı bəhanə gətirərək bu prosesin qarşısını almağa qərar verdi. Bu prosesi sürətləndirmək üçün Fransa ilə danışıqları davam etdiririk. Biz seçimlərə qapıları bağlamırıq ”deyib.

İbrahim Kalın ABŞ-ın yeni rəhbərliyi ilə təmasların qurulduğunu da ifadə edərək, “Prezident Co Baydenin müxtəlif daxili siyasətlə məşğul olduğunu bilirəm. Həmkarlarımızla təmas qurduq və yaxşı bir başlanğıc etdik, mütləq hər iki prezident də görüşəcəkdir” deyə vurğulayıb.

Mənbə: publika.az