Finlandiyada üç həftəliyinə restoran və barlar bağlanır

Finlandiyada üç həftəliyinə restoran və barlar bağlanır

Finlandiya parlamenti, bu gün koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbin görə ölkədə restoran və barların bağlanması barədə qərarı təsdiqləyib.

APA bildirir ki, bu barədə Helsinki Times xəbər verib.

Bu qərar sabahdan qüvvəyə minəcək.

Digər qurumların isə normal şəraitdə işlərini davam etdirəcəyi qeyd olunub.

Mənbə: apa.az