Süni intellektin son nailiyyəti bu aeroportda tətbiq edilir

Dünyanın ən izdihamlı hava limanlarından olan Dubay Beynəlxalq Aeroportunda COVID-19 pandemiyası dövründə insan təmaslarını minimuma endirmək üçün süni intellektin ən son nailiyyəti – gözün torlu qişasının skan edilməsi tətbiq edilir.

Aeroportun girəcəyində və qeydiyyat yerlərində quraşdırılacaq cihazlar sərnişinlərin kimliyini saniyələr içərisində təsbit edərək məlumat bazasına ötürəcək. Martın 7-də Dubaya gələn və gedən sərnişinlər bu texnologiya vasitəsilə pasport nəzarətindən bir neçə saniyəyə keçiblər. Xüsusi sistem şəxsiyyəti təsdiq edilmiş sərnişinin kimliyini və bilet məlumatlarını birləşdirir və bununla növbələrin, habelə insanların təmasının qarşısı alınır. Bu, ötən illər tətbiq edilmiş üztanıma texnologiyasından da mükəmməl sistemdir. Artıq sərnişin aeroportun binasına daxil olduqdan 5-6 saniyə sonra təyyarəyə minik başlayan bölməyə keçə bilir.

Dubay Miqrasiya Departamentinin rəsmiləri əmin ediblər ki, yeni sistemdə sərnişinlər haqqında olan məlumatları üçüncü tərəf görə bilməz. Bunun üçün xüsusi qoruma proqramı tətbiq edilir. Eyni zamanda, yeni texnologiyanın biometrik yoxlama və üztanıma proqramından daha etibarlı olduğu bildirilir. (Azərtac)

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Gədəbəyədə ağır qəza: 6 nəfər xəsarət aldı

SONRAKI XƏBƏR

Serbiyanın Baş naziri dövlət çevrilişindən danışıb