Türkiyəli rəsmilər xanımları bu cür təbrik etdilər QEYRİ-ADİ TƏBRİKLƏR

Türkiyə Prezidentinin Mətbuat sözçüsü İbrahim Kalın, Daxili İşlər Naziri Süleyman Soylu, Maliyyə Naziri Lütfi Elvan, AK Partiyanın Mətbuat spikeri Ömer Çelik və Səhiyyə Naziri Fahrettin Koca sosial media hesablarından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik paylaşıblar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir Fahrettin Koca mesajına "Qadınlar bizi bağışlasın" sözləri ilə başlayıb: "Qadınlar bizi bağışlasın. Etdikləri fədakarlıqların qarşılığını layiqincə görməyiblər. Sevgi ilə yetişdirdikləri eyni diqqətlə qorunmadı. Sözləri daha çox təsir etsəydi, həyat daha yaxşı ola bilərdi. Çünki qadınlarda güc və mərhəmət bir-birindən ayrılmazdır. 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək olsun".

Prezident sözçüsü İbrahim Kalın isə bu ifadələri qeyd edib: "8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək. Bütün qadınlara insan kimi ləyaqət və ədalətlə yanaşıldığı bir dünya diləyirəm. Şəhid analarımızın əllərindən öpürəm. Qadına qarşı zorakılığın aradan qaldırılması üçün qanuni və sosial sahədə bütün gücümüzlə çalışacağıq".

Daxili İşlər Naziri Süleyman Soylunun təbriki: "Həyatı bölüşdüyümüz, dünyaya yaxşılıq və gözəllik qatan, gələcəyimizi, bu gününü və sabahını alın təri və qəlbi ilə qura, həyatın hər anında çiyin-çiyinə verdiyimiz bütün qadınları 8 Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm".

Rabitə Naziri Fahrettin Altundan paylaşım: "Qadın həyat deməkdir, sevgi deməkdir. Qadın əmək və ümid deməkdir. Şərəf və qürur deməkdir. 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək olsun".

Lütfi Elvanın təbriki: "'Hər zaman fədakarlıqları və nailiyyətləri ilə ölkəmizi, millətimizi və bizi ucaldan, başımızın tacı analarımızı, bacılarımızı və qızlarımızı, bir sözlə, bütün qadınları təbrik edirəm. Qadına qarşı hər cür şiddəti qınayıram və əl qaldıranlara lənət edirəm".

AK Partiyanın Mətbuat sözçüsü Ömer Çelik də 8 Mart Beynəlxalq Qadınlar Günü üçün twitter-də "Qadınlar insandır, biz də insanoğlu" ifadəsi ilə paylaşım edib.

Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Çelik, bunları da əlavə edib: "Şiddət hədəfində olan və əməyi nəzərə alınmayan bütün qadınlar üçün təhlükəsiz və ədalətli bir həyat uğrunda mübarizəni davam etdirəcəyik. İnsan ləyaqətinə layiq bir həyat qadınların gücü ilə qurulur. Şəhid analarımıza hörmətlərimizi çatdırırıq. Onların nəcib və ləyaqətli halları həyatın əsl dəyərini xatırlamağa şərait yaradır. Uşaqları üçün yer üzünün ən mənalı vicdanına sahib olan Diyarbəkir analarını həmişə xatırlayırıq. Ürəyimiz onlarladır".

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Havanın kəskin dəyişməsi ilə əlaqədar Gəncədə sürücülərə xəbərdarlıq edilib

SONRAKI XƏBƏR

Ərdoğanla Conson ikitərəfli münasibətləri müzakirə edib