ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi

Bakı. Trend:

ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, pandemiya başlayadandan bəri ABŞ-da koronavirusun müəyyən edilməsi üçün 359 724 291 test aparılıb, 29 000 012 nəfər koronavirusa yoluxub.

Bildirilir ki, koronavirusa yoluxanlardan 525 046 nəfəri vəfat edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Neftçi" "Keşlə"yə qalib gəldi

SONRAKI XƏBƏR

Blinken də Lukaşenkonu sonuncu diktator adlandırdı