Ermənistanda nə baş verir?

Ermənistanda nə baş verir?

 

Ermənistanda nə baş verir? Ermənistan Baş Qərargahı düşünür ki, fəaliyyətdə olan hakimiyyətin səmərəsiz idarəetməsi və xarici siyasətdə yol verdiyi səhvlər ölkəni məhvin astanasına gətirib çıxarıb. Ötən həftə Ermənistan Baş Qəragahına və Baş Qərargahın hökumətin istefası tələbli bəyanatına dəstək olaraq Müdafiə Nazirliyinin yaxınlığında zabitlərin aksiyası baş verib. Həm Bağramyan prospektinə toplanan müxalifət, həm də Ermənistandakı bir çox ekspertlər erməni dövlətçiliyinin itirilməsindən danışırlar.

“Biz Ermənistanla əməkdaşlığa hazırıq. Baş nazir müavinləri neçə dəfə görüşüblər? İndi Ermənistan əməkdaşlıqdan imtina edir. İndi Ermənistan Zəngəzur dəhlizinin həyata keçirilməsinə mane olmaq istəyir. Lakin onlar buna nail olmayacaqlar. Biz onları məcbur edəcəyik”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatları Rusiya bazasının genişləndirilməsi, Rusiyanın Sünikdə kommunikasiyalara nəzarəti barədə danışan Müdafiə nazirinin hərəkətləri ilə əlaqəlidir?

“Fəaliyyətdə olan hakimiyyət Qarabağın, eləcə də Sünikin səhifəsini bağlanmış hesab edir”, - deyə Sünikin keçmiş vilayət rəisi Vahe Hakobyan düşünür.

Onun sözlərinə görə, guya Azərbaycan üçüncü ölkələrin şirkətlərinin adı ilə Sünik torpaqlarını satın alır, ermənilərin qovulmasını həyata keçirir.

“Ermənistanın türkləşdirilməsi böyük təkanla silah, təbliğat, iqtisadiyyat ilə başlayıb, sonra hər şeyi rahatlıqla yeyəcək türk bankları, biznesləri gələcək. Böyük sayda daşınmaz əmlak və torpaqlar əldə olunacaq. Qanunları dəyişdirməyə məcbur edəcəklər. Qarşımıza qoyulmuş sual birdir: Ermənistanı saxlayırıq, yoxsa yox? İndi başqa ayırıcı xətt ola bilməz”, - deyə “Alternativ layihələr” qrupunun üzvü Vahe Hovhannisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az