Ermənistan BQ rəisi kabinetdən çıxmayacaq

Ermənistan BQ rəisi kabinetdən çıxmayacaq

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad olunması məsələsi üzrə təxminən bir həftədir ki, vəkillərlə aktiv müzakirələr aparır. “Hraparak” nəşrinin məlumatına görə, vəkillər əmin ediblər ki, qanunvericilik onun lehinədir, Ermənistan prezidenti Armen Sarkisyanın addımlarından asılı olmayaraq, onun vəzifədən azad olunmasını uzatmaq imkanı var və martın 9-dan sonra da o, Ermənistan Baş Qərargah rəisi vəzifəsində qala bilər.

Qasparyanın Ermənistan İnzibati Məhkəməsinə də müraciət edəcəyi istisna olunmur. Hansı məsələ üzrə müraciət edəcəyi bu gün məlum olacaq.

Nəşr qeyd edib ki, Ermənistan BQ rəisi kabinetdən çıxmayacaq.

 

Mənbə: ordu.az