Erkin Qədirli "Bakının statusu haqqında" qanun layihəsi hazırlayır

Erkin Qədirli "Bakının statusu haqqında" qanun layihəsi hazırlayır

"Azərbaycan Avropa Şurasında seçkili merləri olmayan yeganə ölkədir".

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Erkin Qədirli deyib.

Onun sözlərinə görə, Azərbaycanda paytaxt "Bakının statusu haqqında" qanun qəbul edilməlidir:

"Mən payız sessiyası dövründə belə bir qanun layihəsini hazırlayıb parlamentə təqdim edəcəm".

 

 

Mənbə: sonxeber.az