Ermənistanda Hərbi polis Qasparyana dəstək bildirmiş zabitləri təqib etməyə başlayıb

Ermənistanda Hərbi polis Qasparyana dəstək bildirmiş zabitləri təqib etməyə başlayıb

Ermənistan Baş Qərargah rəisinə dəstək bildirmiş zabitlər və onların yaxınları Ermənistanın hərbi polisinə çağırılırlar. Ordu.az xəbər verir ki, bu barədə “Mediaport” kanalı məlumat yayıb.

Onlardan təhdid altında O.Qasparyanı dəstəkləyən bəyanatdan imzalarını geri götürməyi və açıq şəkildə Nikol Paşinyanın istefası tələbindən imtina etdiklərini bəyan etməyi tələb edirlər.

Hərbi polisin tələbini yerinə yetirməyən zabitlərdən azad olma ərizəsi yazmağı tələb edirlər.
 

 

Mənbə: ordu.az