Ermənistanda “İsgəndər”lərin yenə partlamadığı barədə xəbərlər yayılıb

Ermənistanda “İsgəndər”lərin yenə partlamadığı barədə xəbərlər yayılıb

Ermənistan hakimiyyətinin təbliğat maşını hansısa naməlum mənşəli saytlarla məlumat yayıb ki, “İsgəndər”in partlamamış raketi tapılıb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Suriyalıların yaydığı bir videonu götürüblər, orada Rusiyanın “Toçka U” Orepartiv-Taktiki Raket Kompleksinin açılmış və tamamilə partlamamış raketinin bir parçası görünür. Ermənistan hakimiyyətinin nümayəndələri ilhamlanmış şəkildə yayırlar ki, “Paşinyan düz deyirdi, “İsgəndər” partlamır”.

“Armnew.site” adlı xəbər saytında yerləşdirilmiş məqalədə Suriya ərəblərinə və kürdlərinə istinad edərək Nikol Paşinyanın skandallı ““İsgəndər” 10 faiz partlayır” bəyanatına kiçik redaktə etməyə qərar veriblər, bunun əvəzinə yazıblar:

“Suriya ərəbləri və kürdləri deyirlər ki, Paşinyan rus “İsgəndər”i hesablamasında yalan demirdi””, - deyə nəşr yazıb.
 

 

Mənbə: ordu.az