XİN rəhbəri Puçdemonla bağlı qərarı dəstəklədi

XİN rəhbəri Puçdemonla bağlı qərarı dəstəklədi

Avropa Parlamentinin Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon və daha iki siyasətçinin deputat toxunulmazlığından məhrum edilməsi Avropa İttifaqının İspaniya məhkəməsinə hörmətini göstərir. Azvision.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Arança Qonsales Laya deyib.

"Avropa Parlamenti Puçdemon, Klara Komin və Toni Ponsatinin İspaniya məhkəməsinin qarşısına çıxmaları üçün onların deputat toxunulmazlığından məhrum edilməsinə qərar verdi”, - XİN rəhbəri əlavə edib.

Onun sözlərinə görə, bu qərarla üç mesaj verilir: "Birincisi, Avropa Parlamentinin deputatı milli qanunvericiliyin mümkün pozuntusuna görə məhkəmə qarşısına çıxmaqdan qorunmaq üçün üstünlük əldə edə bilməz. İkincisi, bu, İspaniyada qanunun aliliyinin möhkəmliyini, ispan məhkəməsinin işinə hörməti göstərir. Nəhayət, Kataloniyanın problemləri Avropada yox, İspaniyada həll olunur. İspaniya hökuməti Kataloniyanın bütün siyasi qüvvələrinə müraciət edərək dialoq və danışıqlar yolu ilə problemin həllini təklif etdi. Bu mesajı bu gün Avropa Parlamentindən də aldıq".
 

Mənbə: azvision.az