Almaniyada maska qalmaqalına görə iki deputat istefa verib

Almaniyada maska qalmaqalına görə iki deputat istefa verib

Almaniyada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində istifadə olunan maskaların satılması və bundan əldə edilən yüz minlərlə avroluq qazanc ətrafında yaranan qalmaqala görə iki deputat istefa verib.

Qazet.az “Haber Türk”ə istinadən bildirir ki, hakim Xristian Demokrat İttifaqından deputat Nikolas Löbel və Xristian Sosialist İttifaqından deputat Georq Nüsslaynın maska satışı zamanı nüfuzlarından istifadə etdikləri iddia edilib.

Bu qalmaqaldan sonra deputatlar istefa veriblər. N.Löbel və G.Nüsslayn maska satışı zamanı nüfuzlarından istifadə edildiyi üçün 250 min avro məbləğində komissiya haqqı alıblar.

Onlar mənsub olduqları partiyaya ziyan vurmamaq üçün istefa verdiklərini və 2021-ci ilin sentyabrında keçiriləcək parlament seçkilərində deputatlığa bir daha namizəd olmayacaqlarını bildiriblər.

Qeyd edək ki, Xristian Demokrat İttifaqı hakim partiya, Xristian Sosialist İttifaqı isə onun hökumətdəki kiçik koalisiya ortağıdır.

Mənbə: qazet.az