Ermən ekspert: “Azərbaycanlılar Sünikdə dolaşıblar, kəşfiyyat xarakterli çəkiliş ediblər”

Ermən ekspert: “Azərbaycanlılar Sünikdə dolaşıblar, kəşfiyyat xarakterli çəkiliş ediblər”

“Üçtərəfli görüş olsa belə, rəqibin Ermənistan ərazisində hərəkəti ciddi şəkildə nəzarət altına alınmalı və bütün növ çəkiliş qadağan edilməli idi”. Ordu.az xəbər verir ki, bunu təhlükəsizlik məısələləri üzrə erməni ekspert Armen Manvelyan Sünik vilayətində azərbaycanlıların etdiyi çəkilişlərə toxunarkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bənzər görüşlər (yəni sülhməramlıların vasitəsilə Azərbaycan və Ermənistan tərəfi arasındakı görüşlər) Ermənistan ərazisində yox, neytral zonalarda baş tutmalıdır.

“Azərbaycanlılar təkcə Sünikə daxil olmayıblar, həmçinin Sünikdə dolaşıblar, kəşfiyyat xarakterli çəkiliş ediblər. Ermənilərin boşaldılması proqramı artıq icra edilməyə başlanılır”, - deyə Manvelyan bildirib.
 

 

Mənbə: ordu.az