Türkiyə Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırdı

Türkiyə Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırdı

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanı ərazisinə son hücumlardan narahatlığını dilə gətirib. Azvision.az xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda deyilir.

“Səudiyyə Ərəbistanını hədəf alan son hücumlar, xüsusən 7 martda Dammam şəhərindəki Ras Tanura limanı və “Aramco” şirkətinin obyektlərinə PUA və ballistik raket hücumlarını narahatlıqla qarşılayırıq.

Bu hücumların dərhal dayandırılmasına çağırırıq. Qardaş Səudiyyə Ərəbistanına keçmiş olsun diləklərimizi çatdırırıq", - deyə XİN-in məlumatında vurğulanıb.
 

Mənbə: azvision.az