Siyavuş Novruzov buna ETİRAZ ETDİ

Siyavuş Novruzov buna ETİRAZ ETDİ

Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki müzakirələrdə bələdiyyələrin tənqid olunmasına, onların əsasən torpaqları satan qurum kimi təqdimatına etiraz edib.

ONN media xəbər verir ki, deputat bu yanaşmaların doğru olmadığını bildirib.

“Bələdiyyələrlə bağlı iki məsələni həll etməliyik: bələdiyyələrin və bələdiyyə üzvlərinin sayını azaltmalıyıq. 1606 bələdiyyə var, 14 mindən artıq bələdiyyə üzvü seçilib. Üzvlər seçilən zaman bələdiyyə sədrləri də seçilməlidir. Bu, ortadakı dedi-qoduları xeyli dərəcədə aradan qaldıra bilər. İşğaldan azad olunan ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” yaradılır. Çalışmalıyıq ki, orda “ağıllı bələdiyyə” də yaradaq”, – S.Novruzov bildirib.

O, həmçinin qeyd edib ki, biz bələdiyyə seçkilərini ümummilli seçki formatından çıxartmalıyıq, hər kənd özünün bələdiyyəsini seçməlidir.

 

Mənbə: onn.az