“Hizbullah” Livan ərazisində İsrail məxsus PUA-nı atəşə tutduğunu bildirib

“Hizbullah” Livan ərazisində İsrail məxsus PUA-nı atəşə tutduğunu bildirib

Livandakı “Hizbullah” hərəkatı ölkənin cənubunda İsrailə məxsus olduğu iddia edilən PUA-ya atəş açıb. Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Hizbullah”la əlaqəli “Əl-Manar” televiziyası məlumat yayıb.

PUA-nın vurulub-vurulmadığı barədə məlumat verilməyib.

Qeyd olunur ki, digər bir PUA isə Livan sərhədləri yaxınlığında uçuşlar edib.
 

 

Mənbə: ordu.az