Ermənistanın “qalib gələcəyik” iddiası və rəsmi təkzibetmələr

Ermənistanın “qalib gələcəyik” iddiası və rəsmi təkzibetmələr

Dünən Ermənistanda sərhəd barədə məlumatların yayılması və rəsmi təkzib günü hesab edilə bilər. Əvvəlcə, Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan “Facebook” səhifəsində açıqlama verərək bildirmişdi ki, Azərbaycan ordusunun hərbi qulluqçuları Tavuş bölgəsinin Azatamut icmasında ölçmə işləri aparırlar.

“Artıq bir çox soydaşımıza yaxınlaşıb və çox “nəzakətlə” deyiblər. Xatırladım ki, Ermənistan-Azərbaycan sərhədinin bu hissəsində heç bir müharibə olmayıb. Bura daha əvvəl olduğu kimidir. Bərxudarlı anklavı problemi var. Ancaq Azərbaycan, eyni zamanda Barxudarlı kəndindən 20 dəfə böyük bir ərazini əldə edib. Təbii ki, Artsvaşeni (Başkənd-red.) bizə qaytarmaq haqqında söhbət belə getmir”.

Baqratyanın fikrincə, sərhəd hazırda GPS ilə müəyyənləşdirilir: “Əlbəttə, gecikərək GPS ilə razılaşdırıla bilməyəcəyini söyləyirdiniz. Di get, qoyma. Yenə deyirəm, konstitusiyaya əsasən də, bu sizin funksiyanızdır. Bütün bunlarla əlaqəli olaraq daha 3 xəyanətkardan bəhs etmək qalır. Bunlar, Baş nazirin müavini Mher Qriqoryan, Müdafiə naziri Vağarşak Harutyunyan və Tavuş vilayət rəhbəri Hayk Çobanyandır”.

Qısa müddət sonra Hayk Çobanyan bildirib ki, saxta və əxlaqsız insanlar yenidən sərhədlərimizin təhlükəsizliyini manipulyasiya edir, sərhəddə yaşayan insanların dincliyini pozur.

“Ermənistanın sərhədləri əvvəlki kimi, indi də silahlı qüvvələrimiz və sərhədyanı sakinlərimiz tərəfindən tam qorunur, ən kiçik bir təhlükə olduğu təqdirdə isə hamımız bir nəfər kimi sərhəddə olacağıq. Əgər kimsə narahatdırsa, ölkəmizi necə qoruyub saxladığımızı, yaşadığımızı və inkişaf etdirdiyimizi görmək üçün Tavuşa gəlib görə bilər”, - deyə o bildirib.

Ermənistan Müdafiə Nazirliyi də məsələyə münasibət bildirib.

“Müxtəlif KİV-lər vasitəsilə və sosial şəbəkələrdə Tavuş bölgəsinin bir neçə kəndi ərazisində “500-ə yaxın rus sülhməramlısı və azərbaycanlıların iki gündür sərhəd boyu ölçmə apardığı” barədə yayılan məlumatlar tamamilə uydurmadır və həqiqəti əks etdirmir. Müdafiə Nazirliyi yoxlanılmamış, əsasən yalan məlumatlar yaymaqdan çəkinməyə çağırır”, - deyə açıqlamada bildirilir.

Daha sonra sosial şəbəkələrdə, teleqram kanallarına görə, azərbaycanlıların Sünik vilayətinin mərkəzi Qafan şəhərində erməni nömrəli avtomobillərdə gəzərək binaları və insanları lentə aldığına dair video görüntülər yayılmışdı.

“Razminfo” hərbi saytı videonu ətraflı şəkildə təhlil edib və münasibət bildirib. Sayt videonun sonunda azərbaycanlıların hərbi geyimdə olduqlarının göründüyünü, onların arasındakı söhbətlərindən isə məlum olur ki, bu tur kəşfiyyat xarakteri daşıyır.

Bir müddət sonra video erməni domeni sosial şəbəkəsində yayılmağa başladı. “Razm.info” yazır: ““Videoda Azərbaycan dilində danışıq eşidilir. Lap əvvəldə, danışanlardan biri deyir. “Gəlin şəhərə girək, çəkiliş edək, nə var, nə yox deyə əlimizdə məlumatlar olsun”. Çəkiliş aparan video boyunca qaz doldurma məntəqəsi, mobil telefon antenası, binalar, Rusiya hərbi bazasının yerləşmə yeri kimi kadrlarda qeydə alınanları təsvir edir.

Daha sonra avtomobilin sürücüsü “şəhərə girməyəcəyik” deyir, operator isə cavab verir ki, əslində onlar artıq şəhərin içərisindədirlər, daha dərinə getməyəcəklər. “Biz şəhərin o biri tərəfinə getməyəcəyik. Bu tunel şəhərin digər tərəfinə aparan yoldur [yan keçirlər, tunelə girmirlər - Razminfo]. Daha irəlidə 9 mərtəbəli binalar var, bizimkilərdən biri orada yaşayırdı. Bizim sistemin işçilərindən biridir”.

“Razm.info” xəritə üzərində çəkiliş marşrutu trayektoriyasını hazırlayıb və belə qənaətə gəlib ki, videonun əvvəlində azərbaycanlıların avtomobili Micnavan-Qafan yolundadır, daha sonra Qafan şəhərinin bir hissəsində olmaqla, Qafan hava limanının yanından keçir. Son kadrlarda Qafan-Şikahoğ-Mehri yolu görünür. Sayt videolarda Rusiya bayrağı asılan Rusiya silahlı qüvvələrinin yerləşmə yerinin göründüyündən videonun 44 günlük müharibədən sonra çəkildiyini düşünür.

Qısa müddət sonra Ermənistan MTX orqanları bu video barədə açıqlama ilə çıxış edib. MTX bildirib ki, bir ay əvvəl təşkil olunmuş sərhədçilərin üçtərəfli işgüzar görüşündə iştirak etmək üçün Azərbaycan hərbçilərinin Rusiya sərhədçilərinin müşayiəti ilə əvvəlcədən hazırlanmış marşrut üzrə hərəkəti zamanı azərbaycanlılar tərəfindən çəkilib.

Sonra Ermənistan MTX həm bu, həm də digər bitişik ərazilərdə hazırda müvafiq davamlı cari işlərin aparıldığını, ictimaiyyət arasında gərginliyin artmasına yönəlmiş ayrı-ayrı halların işıqlandırılması və qeyri-rəsmi nəticələrin çıxarılması yersiz və yolverilməz olduğunu vurğulayıb. MTX, həmçinin açıqlamasında bildirir ki, Ermənistan-Azərbaycan sərhədçiləri (yerləşdikləri yerlərdə) rusiyalı tərəfdaşlarla əməkdaşlıq edərək, hazırda Sünik bölgəsindəki Gorus-Qafan dövlətlərarası magistral yolunun Şurnux-Davit Bek hissəsində sərhəd qaydaları elementlərini yerləşdirirlər. Bu bölgə ilə bağlı son günlər müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə yer alan ictimaiyyət arasında lazımsız narahatlığa səbəb olan məlumatlar yenə də həqiqəti əks etdirmir.

“Razminfo” saytı videodakı azərbaycanlıların söhbətinin məzmunundan irəli gələrək, azərbaycanlıların özlərinin hara gedəcəklərinə dair qərar verdiklərinin açıq-aşkar göründüyünü, yəni əvvəlcədən razılaşdırılmış bir hərəkət marşrutundan söhbət gedə bilməyəcəyini əlavə etmişdi: “Bundan əlavə, razılaşdırılmış səfər zamanı hərbi əhəmiyyət kəsb edən və infrastruktur obyektlərinin çəkilişlərinin aparılmasından necə söhbət gedə biləcəyi bəlli deyil”.

“Xüsusən də, İcevan və Şəmşədin cəbhəsində Azərbaycan ağır texnikalarının cəmləşməsi var, Tavuşdakı 3-cü Ordu Korpusunda həyəcan elan edildiyi və s. haqqında məlumatlar yayılır”. Qeyd olunan məlumatlar həqiqəti əks etdirmir. Açıq şəkildə yalnış məlumatlar yaymaqdan çəkinməyə çağırırıq”, - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Ermənistan dövlət idarələrinin rəsmi açıqlamaları nə dərəcədə “doğru” olsa da, 44 günlük müharibədən sonra erməni cəmiyyəti dövlət qurumlarının mətbuat açıqlamalarına inanmamağa başladığı bir vəziyyət yaranıb.

Bu dərin bir problemə çevrilmiş hal alıb, yaranmış vəziyyət hökumət ilə cəmiyyət arasındakı dərin boşluğa, hökumətə olan inamın sıfır dərəcəsində olmasına dəlalət edir.

Bu dövrdə hökumət cəmiyyətə onun sözünə inanması üçün hansı əsasları verib? Rəsmi bir açıqlama deyərkən, ermənilərin gözü önündə 44 gün ərzində Ermənistandan kənar aləm də daxil olmaqla, bütöv bir xalqı aldadan Artsrun Hovhannisyan obrazı yaranır.

İndi GPS xəritələşdirmə şəraitində kimsə erməni səlahiyyətlilərin təkzib açıqlamalarına inanacaqmı?
 

 

Mənbə: ordu.az