Müharibə zamanı 60 nəfər düşmən əsgəri itkin düşüb, bir hissəsi isə qaçıb

Müharibə zamanı 60 nəfər düşmən əsgəri itkin düşüb, bir hissəsi isə qaçıb

Erməni mətbuatı bir müddət əvvəl qəzeti yazmışdı ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Hazırlıq İdarəsinin rəisi-Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Andranik Makaryan Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində araşdırılan cinayət işi çərçivəsində təqsirkar kimi cəlb olunub. Andranik Makaryan Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan və digər hərbçilərin Nikol Paşinyanın istefasını tələb etməklə bağlı bəyanatına qoşulmamış dörd hərbçidən biridir.

“Joğovurd” nəşrinə müttəhim kürsüsündə görünmək üçün Makaryanın konkret olaraq nə etdiyinə dair sorğusuna prokurorluq detalları təqdim etməsə də, bəzi detallar məlum olub.

Xüsusən, Makaryan müharibə zamanı tapşırıqlarını yerinə yetirmələri üçün 60-dan artıq sayda qoşuna konkret tapşırıq verib, nəticədə 60 nəfərlik qoşunun əhəmiyyətli hissəsi itkin düşüb və bu günə qədər onların harada olduğu məlum deyil, bir hissəsi isə qaçıb.

Əslində, ilkin istintaq orqanı da 60 nəfərlik qoşunun müəmmalı şəkildə yoxa çımasında Ermənistan Baş Qərargah rəisinin müavini Makaryanın günahını görüb.

Şübhələr var ki, Makaryan 60 nəfərlik qoşunu ölümün qapısına göndərdiyini bilib, lakin, bu haldan asılı olmayaraq, onların qarşısına vəzifə qoyub, bu da bir çoxları üçün həyati əhəmiyyətli olub.

Xatırladaq ki, Makaryanın adı Ermənistan Baş Qərargah rəisi Onik Qasparyanı əvəz edəcək şəxslərdən biri kimi hallanır?
 

 

Mənbə: ordu.az