Azad edilmiş əkin sahələrində tapılman hərbi sursatların sayı AÇIQLANDI

Azad edilmiş əkin sahələrində tapılman hərbi sursatların sayı AÇIQLANDI

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı həyata keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, 2020-ci ilin 15 dekabr tarixindən başlamış əməliyyat-axtarış tədbirləri zamanı 326 hektar ərazi yoxlanılıb, 24 ədəd partlamamış hərbi sursat, 5 ədəd bombacıq və 119 ədəd müxtəlif çaplı patronlar aşkar edilib.

Mənbə: www.unikal.org