"SURİYA MÜHARİBƏSİ GEOSİYASİ ÇERNOBILDIR"

"SURİYA MÜHARİBƏSİ GEOSİYASİ ÇERNOBILDIR"

Suriya münaqişəsi xüsusilə terrorizm və miqrasiyaya görə Avropada populizmin inkişafına səbəb olub. Bunu Fransanın Dəməşqdəki keçmiş səfiri, Monten İnstitutunun xüsusi müşaviri, “Uzun Suriya gecəsi” (“La Longue Nuit syrienne”) kitabının müəllifi Mişel Dyuklo (Michel Duclos) “Le Figaro” qəzetinə müsahibəsində iddia edir.

“Bəşər Əsəd (Bashar Asad) müharibəni udub, ancaq bu, qəsb edilmiş qələbədir, çünki Əsədin xaç ataları tərəfindən əldə olunub. Bu gün Bəşər suda boğulan adama oxşayır. O, tamamilə gücsüz halda, nəfəsini dərərək sahildə uzanıb. İki rəqibi hələ də onu xilas edə bilər, ancaq Əsəd yenə də özündə güc tapıb onları geri itələyir və “mən qalib gəldim” deyir. Bu, həmçinin terrorun qələbəsidir, çünki Əsədin üstün gəlməsinə baxmayaraq, o, edam və təqib etməyə davam edir”, - deyə Dyuklo qeyd edir.

“Hal-hazırda İran ilə Rusiya Suriyada rəqabət aparır. Onlar ölkədəki iqtisadi qalıq və rejimə təsir uğrunda mübarizə aparırlar. Onlar öz əlaltılarını sistemin daxilində yerləşdirmək istəyirlər. Əslində onların arasında xüsusilə Suriyanın gələcəyi və İsraillə bağlı kifir ayrılığı yarana bilər. Ancaq mənə elə gəlir ki, ruslar Suriyanı idarə etdikcə İranla ittifaqlarının onlara üstünlük verdiyini düşünürlər. Şiə döyüşçüləri olmadan Əsəd rejimi çox zəif olardı. Dolayısıyla, bu alyans güc bəla ilə yaransa da, uzun müddət davam edəcək”, - deyə ekspert bildirir.

Keçmiş səfir hesab edir ki, Suriya münaqişəsi Vladimir Putinə əvvəl sahib olmadığı beynəlxalq səviyyəyə çatmağa imkan yaradıb: “O, Türkiyədə Ərdoğanın avtoritarizmə istiqamətlənməsinə səbəb olub. Suriya müharibəsinin nəticələri – terrorizm və miqrasiya Macarıstanda Orbanın (Viktor Orban), Polşada Kaçinskinin (Jarosław Kaczyński) və İtaliyada Salvininin (Matteo Salvini) meydana çıxmasına gətirib çıxarıb. Əlbəttə, bu, daha geniş beynəlxalq münasibətlərdə sadəcə kiçik bir epizoddur. ABŞ-Çin münaqişəsi Suriya olmadan da baş verəcəkdi. Müəyyən məqamda Suriya qeyri-avtoritar dövlətlərin güc inkişafının kristallizatoru qismində çıxış edib. Suriya fəlakətdir. Onu unutmaq istərdik. Ancaq onu xatırlamaq üçün bütün səbəblər var. Çünki həmin münaqişənin nəticələri Suriya xalqı çərçivəsindən kənara çıxır”.

“Suriya müharibəsi Yaxın Şərq və Avropa, həmçinin ola bilsin, Mərkəzi Asiya bölgəsi üçün geosiyasi Çernobıldır. Və Moskva rəhbərliyi başa düşür ki, onların arxa həyəti yoluxma təhlükəsi altındadır. Suriya yatmış geosiyasi vulkan deyil. Bəşər Əsəd öz xalqına qalib gəlsə də, Rusiya, ABŞ, Türkiyə, İsrail arasında münaqişə davam edir... İran müdaxiləsi də getdikcə daha düz və birbaşa şəkil alır”, - deyə ekspert təhlil edir.

Mişel Dyuklo müsahibənin sonunda qeyd edir ki, Suriya müharibəsinin geosiyasi nəticələrindən bəhs edərkən, ilk növbədə məhv olan normaları vurğulamaq lazımdır: “XX əsrin sonunda beynəlxalq ictimaiyyət mülki əhalinin müdafiəsi, işgəncələrə düşmən münasibət, müəyyən növ silahların istifadəsinin qınağı və hər yolla soyqırım təhlükəsindən yan qaçmaq kimi qaydalar və prinsiplərlə bağlı razılığa gəlmişdi. Bu, bir növ tabu və qadağa yığını, müasir dünyanın “on qüsurlu hərəkəti” idi. Bütün dövlətlər onlara əməl etməsə də, onlar yenə də müəyyən konsensus predmeti olub. Bütün bunlar Suriyada məhv olub. Üstəlik, kimyəvi silahdan istifadə tabusu da. İşgəncələr Əsəd sisteminin əsasını təşkil edir. Amma hiss edəndə ki, başqa heç nə etmək mümkün deyil, diqqəti başqa istiqamətə yönəltmək lazım gəlir”.

Mənbə: www.xpressa.net