Ərdoğan:“İstanbulu yalançılara təslim etməyəcəyik”

Ərdoğan:“İstanbulu yalançılara təslim etməyəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fox tv-də canlı yayımlanan Binali Yıldırım və Əkrəm İmamoğlu debatında hökumət əleyhinə səslənən ittihamlara cavab verib.

Ərdoğan 15 iyul hadisələrindən nəticə çıxarmayanlara seçki günü təkrar demokratiya dərsi verəcəklərini deyib:

"Onların 15 iyulda hərbi çevriliş cəhdləri uğursuz oldu. Bu dəfə də bacara bilməyəcəklər. İstanbulu bu cür yalançılara təslim etməyəcəyik. 31 mart seçkisinin Türkiyə üzrə qalibi Cumhur İttifaqıvə AKP-dir. Millətimiz Cumhur İttifaqının yanındadır”.

"Səslərin oğurlanması ifadəsi hüquqi yox, siyasidir”

Ərdoğan CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunu fikirlərindən dolayı tənqid edib:

"Səslərin oğurlanması söhbəti ortaya çıxan kimi narahat olmağa başlayırlar. Qardaşım Binali Yıldırımın rəqibinə səslənirəm. Səslərin oğurlanması ifadəsi hüquqi deyil, amma siyasidir.

Hüquqi olan tərəfi isə seçkidə qanunsuzluq edilməsidir. "Mən sədrlik vəsiqəmi aldım” deyirsən. Sən vəsiqəni YSK-dan almadın, yerli seçki orqanından aldın.

Hələ işin gedişatını bilmirsən, amma yavaş-yavaş öyrənəcəksən. Biz öncədən səslərin hamısının yenidən sayılmasını istəyirdik. Amma CHP tələbimizə mane oldu. Əgər səslər yenidən sayılsaydı, təkrar seçkiyə ehtiyac qalmazdı”.

"Seçimdən sonra hesabını verəcəklər”

Prezident İmamoğlunun Ordu valisini təhqir etməsi məsələsinə də münasibət bildirib:

"Söylədiyini təkzib edir, guya valiyə "it” yox, "bəsitləşmə” deyib. Halbuki həmin anı qeydə alan video bütün ölkədə yayılıb. Bunu gizlədə bilməzlər. Yanındakı insanlar isə polisimizə "şərəfsiz” deyiblər. Seçimdən sonra hesabını verəcəklər. Biz nə valimizə "it”, nə də polisimizə "şərəfsiz” deyilməsinə icazə vermərik”.

 

İsmayıl

Mənbə: www.sherg.az