Ərdoğan İmamoğlunu Hədələdi:"Sən seçkidən sonra mütləq cavab verəcəksən"

Ərdoğan İmamoğlunu Hədələdi:"Sən seçkidən sonra mütləq cavab verəcəksən"

Türkiyə prezidenti Ərdoğan CHP-nin İstanbul şəhər bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunu hədələyib.

Strateq.az xəbər verir ki, bu gün tərəfdarlarının qarşısında çıxış edən Ərdoğan İmamoğlunun Orduda olarkən, şəhər valisini təhqir etməsinə qəzəblənib.

O bildirib ki, İmamoğlu bu təhqirinə görə mütləq cavab verəcək: “Əkrəm bəy mənim valimə “İt” deyib. Mənim valimə heç kim “it” deyə bilməz. O, sonradan bu sözünü danıb, guya valimizə “bəsit adam” deyib. Hər şeyin sübutu, sənədləşməsi var. Liderin kimi yalan danışma. Sən bütün bunlara görə, seçkidən sonra mütləq cavab verəcəksən”.

Mənbə: strateq.az