“Bizə Mursinin sonunu xatırladanlar...” - Ərdoğan

“Bizə Mursinin sonunu xatırladanlar...” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin hərbi çevrilişlə devrilmiş prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı başsağlığı verib.

İstanbulda Sultanqazidə çıxış edən Ərdoğan bunları deyib:

“Məhəmməd Mursiyə bir daha Allahdan rəhmət diləyirəm. Təəssüf ki, eyni tarixdə həbs olundu və 6 il sonra məhkəmə zalında haqq dünyasına qovuşdu. Misir xalqına və İslam dünyasına başsağlığıı verirəm.

Demokratik yolla hakimiyyətə gələn Mursinin çevrilişlə devrilməsi, həbsdə təkadamlıq kamerada əziyyət çəkməsini və vəfat etməsini seyr edən Qərb dünyasını qınayıram. Bizə Mursinin sonunu xatırladanların bu gün eyni çirkinliyi sərgiləməsi çürük düşüncənin hələ də var olduğunu göstərir. Bizə Mursini xatırladanlarla mübarizə aparırıq. Bazar günü keçiriləcək bələdiyyə seçkilərində bir tərəfdə bizə Mursini xatırladanlar var, digər tərəfdə ədalətlə bu yolda irəliləyəcək adamlar. Bazar günü, inşallah, zəfər çalacağıq. Zalımlar üçün yaşasın cəhənnəm!”.

 

 

Mənbə: www.regionxeberleri.com