Azərbaycanlı siyasi məhbuslardan xəbər: Biri ölüm orucuna başladı, biri isə…

Azərbaycanlı siyasi məhbuslardan xəbər:  Biri ölüm orucuna başladı, biri isə…

Bir neçə gündür Təbriz həbsxanasında aclıq aksiyası keçirən güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf aksiyasının 7-ci günündə döyülərək həbsxananın təknəfərlik kamerasına köçürüldükdən sonra quru aclıq aksiyasına başlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aclıq aksiyasının 8-ci günündə həbsxana əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıb.

Aldığı zərbələrdən ağır yaralanan fəal poliklinikaya aparılıb. Fəalın son vəziyyəti barədə məlumat alan Səttari ailəsi onun quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiqləyib.

İran hakimiyyəti əleyhinə təbliğat aparmaq kimi bir sıra qondarma ittihamlarla üzləşən Əmir Səttari tələbədir.

Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan da aclıq aksiyasına başlayıb.

O, aprelin 8-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb.

Kuxiyanın yaxınları onun siyasi sifariş əsasında saxlanıldığını açıqlayıb. Lakin fəal barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə: metbuat.az