NATO-nun Hərbi Komitə rəhbəri Ukraynaya gəldi

NATO-nun Hərbi Komitə rəhbəri Ukraynaya gəldi

NATO-nin Hərbi Komitə rəhbəri, marşal Stüart Piç Ukraynaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilib ki, o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general-polkovnik Ruslan Xomçakla Lvov şəhərində görüşüb.

Görüş zamanı Ukrayna və bölgədəki təhlükəsizlik məsələsi müzakirə olunub.

NATO standartları əsasında Ukrayna ordusunda islahat prosesinin gündəmdə olduğu iclasda Piç alyansın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.

Xomçak da səfərin strateji tərəfdaşlığa verilən önəmin göstəricisi olduğunu qeyd edib, NATO və Ukrayna ordusu arasındakı əlaqələri sürətləndirdiyini vurğulayıb.

Mənbə: qafqazinfo.az