“COVID-19”a qarşı Azərbaycan modeli - VİDEO

Azərbaycanda 1 milyondan çox vətəndaşın peyvənd olunması COVID-19 pandemiyası ilə mübarizədə nümunəvi ölkə olmasını bir daha təsdiqləyir.

Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən və COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biridir. Ölkəmiz peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsini gündəmə gətirməklə bir daha humanizm prinsiplərini nümayiş etdirir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Millət vəkili Soltan Məmmədovun fikrincə, pandemiya ilə mübarizədə qazanılan uğurların bünövrəsini vaxtında və düzgün atılan addımlar tutur. Bu gün Azərbaycan koronavirusun müalicəsini və Avropa regionunda vaksinasiya prosesini uğurla aparan ölkələr sırasındadır. Azərbaycan dövləti Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib və proses bu gün də davam edir.

Millət Vəkili bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusun vaksinlərin ədalətli paylanması ilə bağlı çağırışa görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsi beynəlxalq aləmdə verilən yüksək dəyərin göstəricisir. Soltan Məmmədovun sözlərinə görə, Azərbaycan qlobal çağırışlara həm də maliyyə yardımları ilə qoşulur. Belə ki, pandemiya ilə mübarizə çərçivəsində 2020-ci ildə ÜST-ün “COVID-19 müraciəti” Fonduna 10 milyon dollar yardım edib. Bundan başqa bu müddət ərzində digər maliyə təşəbüslərində də kənarda qalmıyıb.

Soltan Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyevin səsləndirdiyi "Biz Birlikdə Güclüyük" şüarı dünya ölkələrinin virusla mübarizədə aparıcı qüvvəsi oldu. Beynəlxalq arena anladı ki, virusla mübarizədə hər kəs həmrəy olmalıdır. Həmrəyliy olduğu müddətdə virusa qalib gəlmək daha da asanlaşacaq.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan Ukraynaya dəstək verməyə hazırlaşır

SONRAKI XƏBƏR

Atasını yanan evdə sandı, ürəyi partladı - FOTO