Şəhidlik zirvəsinə ucalan qəhrəmanım! -VİDEO

Şəhidlik zirvəsinə ucalan qəhrəmanım! -VİDEO

44 günlük ikinci Qarabağ, Vətən müharibəsi zamanı Azərbaycanın ər, qeyrətli, mərd oğulları vətənin müdafiəsi üçün özlərini düşmən mərmisinin qarşısına sipər etdilər. Azərbaycanın ərazi bütövlüyünü qorumaq naminə, torpaqlarımızın 20 faizindən çox hissəsinin erməni vandanizmindən, tapdağından xilas etmək üçün döyüş meydanında öz sözlərini qanları, canları bahasına dedilər.44 günlük vətən müharibəsində Azərbaycan respublikası prezidenti, Ali Baş Komandanımız ,Möhtərəm, Cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevin dediyi kimi bu sınaqda xalq dövlətlə bir yumruq kimi birləşdi.Cənab Prezidentin dediyi kimi biz Azərbaycan dövləti birlikdə güclüyük,torpağımızı erməni faşistlərindən azad edəcəyik. Bəli, bu 44 günlük savaşda hərkəs öz üstünə düşən payını layiqli şəkildə yerinə yetirdi və Azərbaycan dövləti dünya arenasına, dünyaya özünün necə güclü, qüdrətli olduğunu birdaha sübut etdi.Bir kərə yüksələn bayrağımızın bir daha yerə düşməməsi üçün canından keçən şəhidlərimizin qanı ilə suvarıldı Qarabağımızın torpaqları, Azərbaycan dövləti, Azərbaycan xalqı heç bir zaman şəhidini, qazisini unutmayıb, unutmayacaqdır da. Onların əziz xatirəsi, göstərdiyi şücaətlər dövlətin, xalqın daima diqqətində olub və olmaqdadır da. Bu kimi faktların baris nümunəsi kimi bu gün 44 günlük, Vətən müharibəsinin şəhidi olan Lənkəran sakini Elnur Talıbov Gəgiş oğlu haqqında, onun əziz xatirəsinə həsr olunmuş mahnı və klipi oxucularımıza təqdim etməyi özümüzə borc bilirik.Xüsusi ilə qeyd etmək istəyirik ki, şəhidimiz Elnur Talıbov Gəgiş oğlu sonuncu dəfə ailə üzvlərindən qardaşı ilə telefon danışığı vasitəsilə əlaqə saxlayıb. Qəhrəman şəhidimizin qardaşına dediyi son sözləri oxucularımızla paylaşırıq: "Əziz qardaşım, əgər mən şəhidlik zirvəsinə ucalsam onda anam ağlamasın! Ümumiyyətlə atam,anam sənə əmanət. İstərdim ki, evimizin qapısına Azərbaycanın 3 rəngli bayrağı sancılsın. Əgər bir gün sənin oğlun olsa onun adına mənim adımı verərsiz..."Bəli, budur mənim xalqımın yetişdirdiyi ər oğullar, ər igidlər! Qəhrəman şəhidlərim hər birinizin qarşısında baş əyirik! Bu dövlət, bu vətən bu gün ayaqdadırsa, bu gün varsa, torpaqlarımız nəhayət ki, işğaldan azad olundusa bu həm Azərbaycan respublikasının Prezidenti, Ali Baş Komandanımızın, Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasətin bəhrəsi olduğu kimi sizin də tökülən qanlarınızın, göstərdiyinizin misilsiz şücaətlərin bəhrəsidir.Nə qədərki, Azərbaycan adlı dövlət, millət, xalq, var, sizlər əsla və əsla unudulmayacaqsınız! Sonda bu məlumatı və klipi bizimlə bölüşən respublika müsabiqəsinin gənc qalibi, Lənkəranlı Allahverən Pərviz oğluna dərin minnətdarlığımızı bildiririk.
Rövşanə Nağıyeva

Mənbə: www.xeberoxu.az