Latviya prezidenti yol qəzasına düşdü

Latviya prezidenti Eqils Levits Riqaa yol qəzasına düşüb.

“Report” xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb.

Qəza, Riqanın Maza Nometnyu və Liepayas küçələrinin kəsişməsində baş verib.

Mühafizəçilərin idarə etdiyi avtomobil içərisində prezidentin olduğu “Lexus LS” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində dövlət başçısı xəsarət almayıb, prezidentin iş cədvəlində təsir etməyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Hyundai İoniq 5 modelinin istehsalını dayandırır

SONRAKI XƏBƏR

Dəhşətli QƏTL: Sevgilisini, anasını və bacısını öldürdü - 3 gün meyitlərlə yaşadı