İranın nüvə sazişi üzrə Birgə Komissiya ABŞ-ın mümkün qayıdışını müzakirə edəcək

İranın nüvə sazişi üzrə Birgə Komissiya ABŞ-ın mümkün qayıdışını müzakirə edəcək

İranın və beynəlxalq "beşliyin" (Almaniya, Fransa, Böyük Britaniya, Çin, Rusiya) İranın nüvə sazişinə dair Birgə Hərtərəfli Fəaliyyət Planının icrası üzrə Birgə Komissiyasının aprelin 9-u Vyanada iclası keçiriləcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, Birgə Komissiyanın iştirakçıları ABŞ-ın razılaşmaya mümkün qayıdışını müzakirə edəcəklər: "İştirakçılar ABŞ-ın mümkün qayıdışını və Birgə Hərtərəfli Fəaliyyət Planının bütün tərəflər tərəfindən tam və effektiv şəkildə icrasının təmin edilməsini nəzərə alaraq, bu həftə müvafiq ekspert qrupları da daxil olmaqla müxtəlif səviyyələrdə aparılan müzakirələrin nəticələri üzrə müzakirələr aparacaqlar".

Qeyd edilir ki, görüş yerli vaxtla saat 10:00-da başlayacaq. Görüş Aİ-nin xarici siyasət xidmətinin siyasi direktoru Enrike Moranın sədrliyi ilə keçəcək: "İclasda Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və İranın nümayəndələri iştirak edəcəklər".

Mənbə: az.trend.az