Erməni partiya sədri: “Məğlub olmuş qüvvə vəziyyəti dəyişdirə bilməz, onlar isə bunu anlamırlar”

Erməni partiya sədri: “Məğlub olmuş qüvvə vəziyyəti dəyişdirə bilməz, onlar isə bunu anlamırlar”

“Ediləcəklərə gəlincə, mən seçkilərin baş tutacağından şübhə edirəm, bundan yayınmaq üçün forma tapacaqlar”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Vətən” partiyasının sədri Petros Makeyan deyib.

“Seçkiləri tez keçirmək halında kifayət qədər səslərə sahib olacaqlarına ümid etsələr də, həm də qorxublar ki, xəyalpərəst ola bilərlər. Buna görə də hələlik tərəddüd edirlər”, - deyə o bildirib.

Makeyan qeyd edib ki, məğlub olmuş qüvvə vəziyyəti dəyişdirə bilməz: “Məğlub olmuş qüvvə vəziyyəti dəyişdirə bilməz, onlar isə bunu anlamırlar”.

Alpər Mövludoğlu
 

Mənbə: ordu.az