Yarım milyon ordu SƏFƏRBƏRLİYƏ CƏLB OLUNDU - Rusiya müharibəyə başlayır?

Rusiyanın "Zvezda" hərbi telekanalı Qara dənizdəki hərbi gəmiləri əks etdirən videogörüntülər yayımlayıb.

Redaktor.az xəbər verir ki, "Sürətli manevr: Qara dənizdə gəmilər necə hərəkət edir" başlıqlı reportajda Rusiya Hərbi Dəniz Qüvvələrinin bölgədəki fəaliyyəti nümayiş etdirilib.

Krım sahillərində çəkilən görüntülərdə Rusiya ordusunun dənizdəki hədəflərə raket zərbələri endirdiyi öz əksini tapıb.

İngiltərə mətbuatında yer alan xəbərdə isə Rusiya və Ukraynanın ümumilikdə yarım milyon əsgəri hərəkətə keçirdiyi qeyd olunub.

Rusiyalı hərbi ekspertlər Vladimir Putinin son 50 ilin ən böyük hərbi daşınması ilə bağlı əmr verdiyini və cəbhə bölgəsindəki fəaliyyətin Soyuq Müharibənin ən gərgin dövrlərini xatırlatdığını bildiriblər.

Hərbi analitik Pavel Felgenhauer ona verilən "Rusiya müharibə astanasındadır?" sualına "Demək olar ki, bəli" deyə cavab verib. Onun sözlərinə görə, bütün ordu bu prosesə səfərbər olunub və son 50 ildə oxşar hadisə baş verməyib".

Orxan İsmayılov 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

"Atalanta"nın baş məşqçisinə 20 günlük cəza verilə bilər

SONRAKI XƏBƏR

Azərbaycanda peyvənd olunanların ümumi sayı AÇIQLANDI - FOTO