ABŞ Ordusu Avropada iki yeni birlik yaradır

ABŞ Ordusu Avropada iki yeni birlik yaradır

ABŞ Ordusu Avropa teatrında iki yeni birlik yaradacaq, bunun üçün qitəyə əlavə hərbi qulluqçular göndərməyi planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı məlumat yayıb.

Bildirilib ki, yaxın aylarda 500 hərbi qulluqçudan ibarət iki kontingent Almaniyanın Visbaden şəhərindəki qarnizonunda yerləşdiriləcək.

ABŞ Ordusunun Avropa və Afrika komandanlığı ilin əvvəlində yeni birliklərin yaradılması barədə çağırış etsə də, qərar indi verilib.

Məlumata görə, birliklər səhra artilleriyası, kompozit hava və raketdən müdafiə, kəşfiyyat, kiber məkan, elektron müharibə və kosmik elementlərdən ibarət olacaq.

Sevinc Əliyeva
 

Mənbə: ordu.az