Ermənistan prezidenti Gürcüstana gedir

Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana işgüzar səfər edəcək. Azvision.az xəbər verir ki, bu barədə Sarkisyan “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, sabah başlayacaq səfər zamanı həmkarı Salome Zurabişvili ilə görüşəcək.

Sarkisyanın mətbuat xidmətinin yaydığı məlumatda isə onun həmkarı Salome Zurabişvilinin dəvəti ilə həyat yoldaşı Nune Sarkisyanla birlikdə Gürcüstan paytaxtına səfər edəcəyi vurğulanıb. Tərəflər ikitərəfli gündəliyi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Pərvanə Sultanova
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Vitse-spiker: "Azərbaycan “İsgəndər-M” ilə bağlı Ermənistandan rəsmi cavab tələb edir"

SONRAKI XƏBƏR

Azərbaycanda investisiya gəliri əldə edən ən böyük sığortaçılar – RENKİNQ