Erməni hərbi xadim: “Türklər uyğun anda Ermənistanı da halqaya almağa hazırlaşır”

Erməni hərbi xadim: “Türklər uyğun anda Ermənistanı da halqaya almağa hazırlaşır”

“Biri deyir ki, erməni analar, oğullarınızı meyitxanalarda axtarın, digəri isə ölmüş əsgərlərimizin dəbilqələrindən xiyaban qurur”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli cəbhə” təşkilatının qurucusu, erməni hərbi xadim Gevorq Gevorqyan yazıb.

“Bir tərəfdən türklər regionda mövqe tuturlar, digər tərəfdən isə bu anti-milli əclafın köməyi ilə ölkəmizdə aktiv türkpərəst təbliğat həyata keçirirlər”, - deyə o qeyd edib.

Gevorqyan bildirib ki, türklər uyğun anda Ermənistanı da halqaya almağa və Rusiyanı regiondan çıxarmağa hazırlaşır.

Alpər Mövludoğlu

Mənbə: ordu.az